Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

16:42 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.